Gündəm / Siyasət / Dünya
Bu halda sülh ola bilər

Ukrayna ilə sülhün əldə olunması üçün Ukrayna qoşunlarının Rusiyanın tərkibinə daxil olan Donbass və Novorossiya vilayətlərinin ərazilərindən çıxarılması zəruridir.
Globalpress.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əgər Ukrayna öz qoşunlarını bu dörd regiondan çıxarsa, bəli, münaqişə bitəcək”, - Peskov qeyd edib.
O, xatırladıb ki, bu regionlar Rusiya Federasiyasının Konstitusiyasında onun tərkib hissələri kimi təsbit olunub. Peskov həmçinin qeyd edib ki, hazırda bu rayonların bəzi əraziləri hələ də Kiyev rejimi tərəfindən işğal olunub.
"Referendumlar nəticəsində bu ərazilər Rusiya Federasiyasının inzibati sərhədlərinə daxil edilib. Bizim nöqteyi-nəzərimizdən bu, həm de-yure, həm də de-fakto vəziyyətdir", - Peskov bildirib.
Mənbə TASS