Gündəm / Siyasət / Dünya
21:13, 25 Temmuz 2023
0

" Taxıl sazişi"nə qayıtmaq mümkün deyil

" Taxıl sazişi"nə qayıtmaq  mümkün deyil


Rusiyanın şərtlərinə əməl edilməməsi səbəbilə hazırda “Taxıl sazişi”nə qayıtmaq mümkün deyil.

Globalpress.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.

Ukraynanın Qara dənizdəki taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyini bildirən Peskov, “Kiyev rejiminin torpaqlarımıza hərbi hücum üçün alternativ təchizat kanallarından istifadə etməsi bizim üçün çox önəmlidir. Bununla mübarizəmizi davam etdirəcəyik”, - deyə o qeyd edib.
Polşa və Litvanın Ukrayna taxılının Avropa limanlarına daşınması təklifini dəyərləndirən Peskov, “Bu, dövlətlərin suveren hüquqları ilə bağlıdır. Bizim üçün qiymətləndirmə aparmaq mümkün deyil”, - deyə o vurğulayıb.
Digər xəbərlər: