Gündəm / Cəmiyyət / Sosial
Sosial təminat üzrə beynəlxalq konfrans keçirilib

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Gələcəyi hədəfləyən sosial təminatın qurulması – insanlar, planlar və məqsəd” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib. Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları da iştirak ediblər.
Konfransda sosial təminat sistemlərinin qısamüddətli ehtiyaclarının təmin edilməsi, uzunmüddətli hədəflərə çatmaq, risklərin idarə olunması və insan kapitalının inkişafı mövzuları müzakirə edilib.
Fondun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər və gələcək planlar barədə təqdimatla çıxış edib. O, həmçinin iştirakçıların suallarını cavablandıraraq ölkəmizin bu sahədəki təcrübəsini bölüşüb.
Daha çox xəbər:

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

DSMF əməkdaşları ISSA-nın vebinarında

Litva və Finlandiyanın pensiya qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, təcrübə mübadiləsi aparılıb

Dövlət Sosial Müdafiə Fondunun saytı istifadəyə verilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib