Gündəm / Siyasət / Cəmiyyət
14:47, 08 Ocak 2025
0

Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır

Azərbaycan  Avropa İttifaqının  vacib  tərəfdaşıdır


Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
Globalpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulu zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.

Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Digər xəbərlər: