Gündəm / Siyasət / Dünya
Bu Suriya üçün tarixi fürsətdir

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyada Baas rejiminin devrilməsindən sonra yazılı açıqlama verib.
Globalpress.az Türk mediasına istinadən xəbər verir ki, Suriyanın gələcəyini suriyalıların müəyyən etməli olduğunu vurğulayan Quterreş BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersenin bu istiqamətdə dəstəyini davam etdirəcəyini vurğulayıb.
"14 illik amansız müharibədən və diktatura rejiminin sona çatmasından sonra Suriya xalqı sabit və dinc gələcək qurmaq üçün tarixi fürsətlə üzləşir", - Quterreş bildirib.
Quterreş həmçinin siyasi keçid prosesinin əhatəli olması və bütün müxtəlifliyi ilə Suriya xalqının qanuni tələblərinə cavab verməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac olduğunu deyib.
Daha çox xəbər:

Çin Sədri BMT baş katibi ilə görüşüb

Gərginlik tarixi zirvəyə çatıb

BMT Baaş katibi: "Ramazan mərhəmət və şəfqət ayıdır" Ramazan ayının başlanması münasibətilə BMT-nin Baş katibi Antonio Quterreş videomüraciət ünvanlayıb

Ərdoğan və Quterreş arasında telefon danışığı olub

BMT-nin Baş katibi: “Növbəti pandemiyalara hazırlaşmaq lazımdır” - FOTO