Gündəm / Cəmiyyət / Sosial
Dövlət Məşğulluq Agentliyi daha 122 şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 122 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.
Onlardan 18 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 104 nəfəri üçün özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.
İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçiriləcək.
Daha çox xəbər:

Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda daha 1239 şəxs peşə hazırlığına cəlb olunub

Yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

İki dövlət arasında memorandum imzalanıb

İki dövlət arasında memorandum imzalanıb