Gündəm / Cəmiyyət / Sosial
14:48, 11 Nisan 2025
0

Nazirliyin rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

Nazirliyin rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-Sosial” portalı, proaktiv xidmət mexanizmləri və Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fəaliyyəti Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumunun “Global Banking & Finance Awards” müsabiqəsində 3 kateqoriya üzrə mükafatlara layiq görülüb:

- Ən yaxşı rəqəmsal hökumət platforması (“e-Sosial”);
- İnnovasiyada mükəmməllik – proaktiv xidmət;
- Ən yaxşı İT idarəetmə komandası - DOST RİM.

https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2025-award-winners

Müsabiqədə ABŞ, Səudiyyə Ərəbistanı, Sinqapur, Malayziya, Türkiyə və digər bir çox ölkələrdən qurumlar iştirak edib.
Digər xəbərlər: