Gündəm / Siyasət / Dünya
Fələstin bu danışıqlarda iştirak etməkdən imtina edib

Fələstin Administrasiyası İsrail və HƏMAS arasında danışıqlarda iştirak etmək niyyətində deyil.
Globalpress.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində nazir Riyad əl-Maliki, Fələstin lideri Mahmud Abbasın beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi deyib.
Onun sözlərinə görə, Fələstin münaqişə tərəflərindən biri deyil. Həmas və İsrail arasında atəşkəs vəziyyətində dövlət nümayəndələri də iştirak etməyəcək.
Abbasın xüsusi nümayəndəsi əlavə edib ki, münaqişənin həllindən sonra həyatın necə qurulacağı müzakirə olunarsa, Fələstin hökuməti danışıqların əsas iştirakçısına çevriləcək. Xüsusilə Rəfah keçid məntəqəsini kimin idarə edəcəyi, eləcə də Qəzzanın yenidən qurulması müzakirə edilir.