Gündəm / Siyasət / Dünya
Fələstin İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasını tələb edib.

Globalpress.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti İsrailin BMT-dəki üzvlüyünü dayandırmağa çağırıb.
Abbas Fələstinlə bağlı qətnamələrin yerinə yetirilməyəcəyi təqdirdə İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasını tələb edib.
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas bildirib ki, əgər İsrail BMT qətnamələrinə əməl etməsə, o zaman onun təşkilata üzvlüyü dayandırılmalıdır.
Əl-Cəzirə telekanalının məlumatına görə, Abbas BMT-ni İsraili dünya təşkilatının qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmağa məcbur etməyə çağırıb.
Abbas hesab edir ki, İsrail onları pozmağa davam edərsə, onun BMT-dəki üzvlüyü dayandırılmalıdır. Fələstin lideri “müəyyən ölkələri” hərəkətsizlikdə və “Fələstin xalqına qarşı davam edən təcavüzə görə İsraili məsuliyyətə cəlb etmək istəməməkdə” ittiham edib.
O hesab edir ki, İsrail və onu dəstəkləyən dövlətlər fələstinlilərdən üzr istəməli və onlara təzminat ödəməlidir.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Fələstin və İsrail tərəflərini atəşkəsə hörmət etməyə çağırıb.