Gündəm / Siyasət / Dünya
Mahmud Abbas Moskvaya səfər edəcək

Fələstin lideri Mahmud Abbasın Moskvaya səfəri razılaşdırılıb.
Globalpress.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Bəli, səfərin tarixləri razılaşdırılıb”, – Uşakov bildirib.
Onun sözlərinə görə, artıq dəqiq tarixlər müəyyənləşib. Lakin o, tarixi açıqlamayıb.