Gündəm / Siyasət / Dünya
08:20, 11 Ekim 2023
0

Prezidentlər müzakirə aparıblar

Prezidentlər müzakirə  aparıblar


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığı olub.
Globalpress.az xəbər verir ki, liderlər Fələstin-İsrail gərginliyini müzakirə ediblər.


Söhbət zamanı prezidentlər İsrail və Fələstin arasında “narahatedici münaqişə prosesinin” gedişatını və gərginliyin artmasının qarşısını almaq üçün tədbirlərdən danışıblar.

Tərəflər, həmçinin, Fələstin-İsrail gərginliyi bölgəsində humanitar ehtiyacların ödənilməsi üçün atılması lazım olan təşəbbüsləri qiymətləndiriblər.

Ərdoğan “mülki yaşayış məntəqələrinin atəşə tutulmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Ankara tərəfindən müsbət qarşılanmadığını” deyib.

Mənbə TASS
Digər xəbərlər: