Gündəm / Siyasət / Cəmiyyət
Parlament seçkilərinə gorə müşahidəçilərin sayı açıqlanıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 101 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
Globalpress.az- ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 18 467 yerli müşahidəçi qeydiyyatdan keçib.
Beynəlxalq müşahidəçilər 9 qurum və 27 ölkəni təmsil edirlər.