Gündəm / Hadisə / Dünya
Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.
Globalpress.az- ın məlumatına görə, bu məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, İraqın şimalındakı Gara və “Pençe Kilit” bölgəsində təsbit edilən PKK terror qruplaşmasının 5 silahlısı, Suriyanın şimalında “Fırat Kalkanı” və “Barış pınar”ı bölgələrində yerləri müəyyənləşdirilən PKK/YPG terror qruplaşmasının 10 silahlısı öldürülüb.