Gündəm / Siyasət / Cəmiyyət
Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında "Sazişi " təsdiqləyib

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.
Globalpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Fərmana əsasən, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.
Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Daha çox xəbər:

Prezident İlham Əliyev bu Sazişi təsdiqlədi

Prezident Azərbaycan və Slovakiya Müdafiə Nazirliyi arasında "Sazişi " təsdiqlədi

Azərbaycan-Rusiya sərhədi ilə bağlı FƏRMAN Siyasət

Azərbaycanla Rusiya arasında terrorçuluqla mübarizədə əməkdaşlıq haqqında saziş təsdiqləndi

Prezident Rusiya ilə bağlı FƏRMAN İMZALADI