Gündəm / İqtisadiyyat / Dünya
ABŞ Ukraynaya hərbi yardım edəcək

ABŞ Ukraynaya əsasən hava hücumundan müdafiə və artilleriya sursatlarından ibarət 175 milyon dollarlıq yeni əlavə hərbi yardım paketi elan edib.
Globalpress.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasında yeni paketin 2021-ci ilin avqustundan bu yana Co Bayden administrasiyası tərəfindən Ukraynaya verilən 52-ci hərbi yardım paketi olduğu bildirilib.
Müdafiə Nazirliyinin inventarından ayrılan 175 milyon dollar dəyərində hərbi dəstək paketinə, əlavə hava hücumundan müdafiə imkanları, artilleriya sursatları, tank əleyhinə silahlar və digər texnikalar daxildir.
Bayden administrasiyası oktyabr ayında ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərinin artırılması, Ukrayna və İsrailə hərbi dəstək üçün Konqresdən 105 milyard dollar əlavə vəsait istəmişdi.