Gündəm / Siyasət / Cəmiyyət
00:30, 28 Şubat 2024
0

Qazaxıstan prezidenti martın 11- də Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti  martın 11- də  Azərbaycana səfər edəcək


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.
İki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - deyə səfir bildirib.

Qazaxıstan Prezidenti, həmçinin, Füzuliyə səfər edəcək və burada Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Səfir, həmçinin, Qazaxıstan liderinin səfərinin Azərbaycanda növbədənkənar Prezident seçkilərindən sonra ilk xarici dövlət başçısının səfəri olacağını vurğulayıb.
Digər xəbərlər: