Gündəm / İqtisadiyyat / Dünya
12:05, 19 Şubat 2024
0

Yaponiya Ukraynaya yardım ayırdı

Yaponiya Ukraynaya  yardım ayırdı




Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı Ukraynanın inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankına 150 milyon dollara qədər maliyyə ayıracaq.
Globalpress.az xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko deyib.

Onun sözlərinə görə, pul kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə struktur layihələrin hazırlanmasına sərf olunacaq.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu ildə Qara dəniz regionu ölkələrinin regional inkişafına və əməkdaşlığına yardım etmək məqsədilə yaradılıb. Onun üzvləri arasında Türkiyə, Ukrayna, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya var.
Digər xəbərlər: