Gündəm / Siyasət / Dünya
16:49, 11 Ocak 2023
0

ABŞ generalı: “Ukrayna qalib gələcək, daha sonra Gürcüstan…”

ABŞ generalı: “Ukrayna  qalib gələcək, daha sonra Gürcüstan…”


“Gürcüstan hakimiyyətinin Ukrayna ilə bağlı mövqeyi anlaşılmazdır”.

Globalpress.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı Ben Xoces deyib.

“Müsbət nəticələri Gürcüstan təkcə Ukrayna qələbə qazananda yox, həm də müharibənin bitməsindən sonra imzalanacaq kollektiv təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq razılaşmasından əldə edəcək. Mən Gürcüstanın özünü Kremllə əlaqələndirməsində hansısa mənfəət görmürəm. Rusiya bu müharibəni uduzur, onun iqtisadiyyatı dağılıb. Gürcüstan hakimiyyəti ilə gürcü xalqının istəkləri arasında hansısa əlaqə yoxdur”, – o bildirib.

Xoces Tiflisi, heç olmasa, ictimai formada Ukraynanın haqlı, Rusiyanın aqressor olduğunu bəyan etməyə səsləyib:

“Öz mövqeyini ifadə etmək üçün sanksiyalar və digər imkanlar var. Bunların Gürcüstanı müharibəyə çəkəcəyi ilə bağlı risk yoxdur. Bu gün Gürcüstan üçün tarixin doğru tərəfində dayanması vacib olardı. Ona görə ki, Tiflisin uzunmüddətli təhlükəsizliyi Qara dənizin təhlükəsizliyindən asılıdır. Əmin olun ki, Ukrayna bu müharibədən qalib çıxacaq. ABŞ indi Qara dəniz regionu üçün yeni strategiya üzərində işləyir və Gürcüstan onun bir hissəsi olacaq”
Digər xəbərlər: