Gündəm / Siyasət / Dünya
09:33, 04 Ağustos 2023
0

Biz alternativ yollar üzərində işləyirik

Biz alternativ  yollar  üzərində  işləyirik


ABŞ administrasiyası Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ marşrutlar üzərində işləyir.

Globalpress.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton alternativ yollar - quru, çay, dəniz üzərində işləyir. O, bu variantların Qara dəniz Taxıl Təşəbbüsünü tam əvəz edə biləcəyinə əminliyini ifadə etməyib.

Öz növbəsində, Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski cümə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Rusiya tərəfi ilə bağlı razılaşmalar yerinə yetirilərsə, ölkəsi Qara dəniz Taxıl Təşəbbüsünə qayıtmağa hazır olacaq.
Digər xəbərlər: