Gündəm / Siyasət / Dünya
19:57, 24 May 2023
0

Qara Dəniz Taxıl Təşəbbüsü ərzaq böhranını yumşaltdı

Qara Dəniz  Taxıl Təşəbbüsü  ərzaq böhranını  yumşaltdı


Qara Dəniz Taxıl Təşəbbüsü qlobal ərzaq bazarlarını sabitləşdirməyə, ərzaq qiymətlərini azaltmağa və ərzaq böhranının təsirlərini yumşaltmağa kömək etdi.
Globalpress.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsinə həsr olunmuş iclasında deyib.
“Ukrayna 30 milyon metrik tondan çox ərzaq ixrac edə bilib. Bura Əfqanıstan, Efiopiya, Keniya, Somali və Yəməndə humanitar əməliyyatlara dəstək məqsədilə Ümumdünya Ərzaq Proqramı tərəfindən həyata keçirilən mühüm taxıl daşımaları daxildir. Rusiya Federasiyasının Qara Dəniz Təşəbbüsündə iştirakını daha 60 gün davam etdirəcəyini təsdiqləməsini alqışlayıram”, - Quterreş bildirib.
O qeyd edib ki, həll olunmamış məsələlər qalır, lakin Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri onları müzakirə etməyə davam edəcəklər.
Digər xəbərlər: