Gündəm / Cəmiyyət / Sosial
Bakıda tozlu hava şəraiti müşahidə olunur

Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Globalpress.az- ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.7-2 dəfə normadan artıqdır.
"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.