Gündəm / Siyasət / Dünya
08:00, 28 Aralık 2023
0

İspaniya Ukraynaya yardım paketini təsdiqləyib

İspaniya  Ukraynaya  yardım paketini təsdiqləyib



İspaniya Nazirlər Şurası Avropa Komissiyası (AK) ilə Ukraynaya çoxmilyonluq maliyyə yardımı göstərilməsi haqqında sazişi təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bu barədə X-də Krallığın xarici işlər naziri Xose Manuel Albares məlumat verib: “Hökumət İspaniya ilə AK arasında 2024-2027-ci illər ərzində Ukraynaya maksimum 237,5 milyon avro məbləğində maliyyə yardımı göstərilməsi haqqında sazişi təsdiqləyib. İspaniya Ukraynanı sülh, azadlıq, suverenlik və ərazi bütövlüyünü müdafiə etməkdə qətiyyətlə dəstəkləməyə davam edir".
Digər xəbərlər: