Gündəm / İqtisadiyyat / Dünya
Almaniya Ukraynaya hərbi yardımı artırır

Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artırmaq barədə planı təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuata məlumat verib.
Onun sözlərinə görə, Ukraynaya yardımla bağlı əvvəllər federal büdcədə nəzərdə tutulan 4 milyard avronun əvəzinə 8 milyard avronun xərclənməsi planlaşdırılır.
B.Pistorius əlavə edib ki, nəzərdə tutulan yardım Ukraynaya güclü siqnaldır və həmrəyliyin davam etdiriləcəyindən xəbər verir.