Gündəm / Siyasət / Dünya
07:02, 13 Eylül 2023
0

Danimarka Ukraynaya yardım göndərir

Danimarka  Ukraynaya yardım  göndərir


Danimarka Ukraynaya ən böyük maliyyə yardımı paketini vermək niyyətindədir.

Globalpress.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Ukraynaya 5,8 milyard DKK məbləğində yeni yardım paketi ölkənin hərbi müdafiəsini tanklar, piyada döyüş maşınları, tank sursatları və zenit silahları ilə təmin edəcək”, - deyə departament bildirib.

Ayrılan vəsaitin 4,3 milyard kronunun cari 2023-cü ildə, 1,4 milyard kronunun növbəti ildə, qalan 52 milyon kronunun isə 2025-ci ildə köçürüləcəyi qeyd edilir.
Digər xəbərlər: