Gündəm / Siyasət / Dünya
İspaniya Ukraynaya raket vermək istəmir

İspaniya xarici işlər naziri Xose Manuel Albares Madridin Ukraynaya "Patriot” raket əleyhinə müdafiə sistemini verməyə hazır olub-olmadığı barədə konkret fikir bildirməyib.
Globalpress.az- ın məlumatına görə,Niderland və Ukrayna kompleksi Kiyevə verməsi üçün İspaniyaya təzyiq göstərir.
"İspaniya uzun müddətdir ki, Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və mülki əhalisinin müdafiəsi naminə öz töhfəsini əsirgəmir”, - İspaniya XİN başçısı deyib.
Diplomat vurğulayıb ki, bu cür qərarların verilməsi üçün krallıq hökuməti müttəfiqlərlə birlikdə hərəkət edir.