Gündəm / Siyasət / Cəmiyyət
Milli Məclisdən Prezidentlə bağlı BƏYANAT

Milli Məclis bəyanat qəbul etdi.
Globalpress.az xəbər verir ki, Milli Məclisdə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını müzakirə edərək bəyanat qəbul edib.
Bəyanatı deputat Hikmət Babaoğlu oxuyub.
Bəyanatda deyilir ki, Prezidentin fəaliyyəti nəticəsində Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Məhz onun uzaqgörən, çevik, qətiyyətli siyasəti nəticəsində Azərbaycan enerji və logistik qovşağa çevrilib, erməni işğalına son verərək qələbəyə imza ataraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Prezidentin fəaliyyəti nəticəsində Azərbaycan beynəxalq aləmdə böyük nufuz qazanaraq mövqeyini möhkəmlədib.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük uğurlu layihələrə imza atıb.