Gündəm / Cəmiyyət / Sosial
18:59, 26 Eylül 2023
0

DYP Anım Günü ilə bağlı müraciət etdi

DYP Anım Günü ilə bağlı müraciət etdi



Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət edib.



Globalpress.az xəbər verir ki, bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.



O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidmət təşkil edəcək:



“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlsinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilər isə avtomobillərini yolun hərəkət istiqamətində saxlamasınlar”.
Digər xəbərlər: