Gündəm / Cəmiyyət / Sosial
11:16, 18 Eylül 2023
0

Naxçıvanda bu qurumda nöqsanlar aşkar edilib

Naxçıvanda  bu qurumda nöqsanlar  aşkar edilib


Hesablama Palatası 2023-cü il İş Planına uyğun olaraq Naxçıvan MR Dövlət Energetika Xidmətində və onun tabeliyindəki qurumlarda dövlət əmlakının, o cümlədən əsaslı vəsait qoyuluşlarının istifadəsinin və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair auditi başa çatdırıb.

Globalpress.az xəbər verir ki, nəzarət tədbiri 2020-2022-ci illəri əhatə edib.

Yoxlama nəticəsində məlum olub ki, dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən 2020-ci ildə 92 halda, 2021-ci ildə 88 halda, 2022-ci ildə isə 96 halda hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib.

Audit nəticəsində 4 234 763 manat dəyərində əmtəəsiz əməliyyatların aparıldığı, tikinti-quraşdırma işlərində 688 028 manat dəyərində artıq vəsaitin icra olunduğu, 28 700 manat dəyərində yanacağın əsassız və artıq silindiyi müəyyən olunub. Bununla yanaşı, Xidmətin balansında olan əsas vəsait və mal-materiallara baxış zamanı sənədlərdə anbar qalığında göstərilən 448 325 manat dəyərində əsas vəsait və mal-material çatışmazlığı aşkar edilib. Xidmətin büdcə vəsaitinin təyinatını dəyişdirməsi, vergi öhdəliklərini tam icra etməməsi, qeyri-qanuni və əsassız xərcləmələrə yol verməsi də müəyyən olunub
Digər xəbərlər: