Gündəm / Cəmiyyət / Sosial
Naxçıvanda nazirlikdə yoxlama aparılacaq

Naxçıvan Muxtar Respublikasının (NMR) Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlama aparılacaq.
Hesablama Palatası tərəfindən nazirlik və strukturuna daxil olan qurumlarda kənar dövlət maliyyə nəzarəti tədbiri keçiriləcək.
Globalpress.az xəbər verir ki, yoxlamalar 2023-cü il avqust ayının sonunda nəzərdə tutulub.
Hesablama Palatasından məlumat təsdiqlənib.
Qeyd edək ki, hazırda NMR-in Səhiyyə Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri davam etdirilir.