Gündəm / İqtisadiyyat / Cəmiyyət
Maliyyə Nazirliyindən 2 təşkilatla bağlı DTX-yə müraciət

Maliyyə Nazirliyi iki təşkilatda yoxlamalarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib.
Globalpress.az xəbər verir ki, bu barədə Nazirlikdən verilən məlumata görə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.
Daha çox xəbər:

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə bağlı yoxlama materialları DTX-ya təqdim edildi

“Baku City Residence” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat maliyyə yardımı edib

DTX Rasim Məmmədov barədə məlumat yaydı: 55 milyon manat...

Bakıya sərnişin daşıyan sürücü 3 min manat cərimələndi

Prezident dini qurumlara maliyyə yardımı ayırdı -