Gündəm / Hadisə / Dünya
Hektarlarla meşə sahəsi yanıb

Fransanın cənubunda yanğın 500 hektardan çox meşə sahəsini əhatə edib.
Globalpress.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Sen-Andre kommunası ərazisindəki güclü yanğın səbəbindən 3 mindən çox insan təxliyə edilib. Hazırda yanğının sahəsi 530 hektara yaxındır.
Hadisə yerinə 500-dən çox yanğınsöndürən, 13 təyyarə və 3 helikopter göndərilib.
İsti hava və güclü külək yanğınla mübarizəni çətinləşdirir.