Gündəm / Hadisə / Dünya
Türkiyənin bu bölgəsində meşə yanğınları tüğyan edir

Türkiyənin Biləcik bölgəsinin Vezirhan rayonunda yüksək gərginlikli elektrik naqillərinin qırılması səbəbindən meşə yanğını baş verib.
Globalpress.az xəbər verir ki, məlumatı Biləcik valisi Şefik Aygöl də təsdiq edib.
Artıq yanğının baş verdiyi əraziyə beş helikopter və bir təyyarə göndərilib.
Məlumat üçün qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətində artıq 3 gündür ki, meşə yanğınları davam edir.
Yanğın nəticəsində 4 min hektardan çox əraziyə ziyan dəyib.