Gündəm / Cəmiyyət / Hadisə
19:39, 20 Ağustos 2022
0

Siyəzəndə yanğın lokallaşdırıldı

Siyəzəndə yanğın lokallaşdırıldı

Siyəzən ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

Bu barədə Globalpress.az-a ETSN-dən bildirilib. Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib ki, hazırda bir qədər tüstülənmə var.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib.

Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: “Yanğının söndürülməsində Nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib”.

Siyəzəndə yanğın lokallaşdırıldı
Digər xəbərlər: