Gündəm / Hadisə / Dünya
Havay adalarında güclü meşə yanğınları.

ABŞ-ın Havay ştatında baş verən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
Globalpress.az- ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, yanğınlar nəticəsində 2 mindən çox bina dağılıb və ya məhv olub, 900 hektar meşə sahəsi yanıb.
Daha minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti sığınacaqlara yerləşdirilib.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti fövqəladə vəziyyət elan edib.
İlkin hesablamalara görə, dəymiş ziyan təxminən 6 milyard dollar dəyərində qiymətləndirilib.