Gündəm / Siyasət / Dünya
15:05, 18 Temmuz 2023
0

Rusiyasız taxıl sazişi mümkün deyil

Rusiyasız taxıl sazişi  mümkün deyil


Globalpress.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin xahişi ilə Kiyevin Ankaraya "Taxıl müqaviləsi"ni Rusiyanın iştirakı olmadan davam etdirmək təklifini şərh edib.


Kreml sözçüsü cavab verib ki, bu məsələ Rusiya hərbçilərinin şərhinə ehtiyac duyur.

"Çünki bu, birbaşa döyüş bölgəsinə yaxın zonadır. Müvafiq təhlükəsizlik təminatları olmadan orada müəyyən risklər yaranır", - Kremlin sözçüsü vurğulayıb.

O, həmçinin qeyd edib ki, Rusiyasız hansısa sənəd rəsmiləşirsə, o zaman bu risklər nəzərə alınmalıdır

"Biz bu riskləri nə dərəcədə və hansı ölkələrin öz üzərinə götürməyə hazır olduğunu deyə bilmərik", - deyə Peskov əlavə edib.

Rusiya Prezidentinin sözçüsü bildirib ki, Moskva BMT-nin Baş katibi Antonio Quterreşin "Taxıl müqaviləsi"ni xilas etmək səylərini yüksək qiymətləndirir.

Bu saziş üzrə öhdəliklərini yerinə yetirməyən Avropa dövlətlərinə gəlincə, Peskov onların mövqeyini “vicdansız” adlandırıb.
Kreml sözçüsü onu da xatırladıb ki, "Taxıl müqaviləsi"ndən ən az kasıb ölkələr faydalanırdı.

"Eyni zamanda, Rusiya bu mövzuda Afrikadan olan tərəfdaşları ilə əlaqə saxlayır. Bu müzakirə iyulun sonunda Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika forumunda davam etdiriləcək", - Peskov deyib.

Onun sözlərinə görə, hətta "Taxıl müqaviləsi" olmasa belə, Moskva ehtiyacı olan Afrika ölkələrinə pulsuz taxıl verməyə hazırdır.
Digər xəbərlər: