Gündəm / Cəmiyyət / Sosial
15:54, 06 Temmuz 2023
0

Bu marşurut xətləri üzrə müsabiqə elan olunub

Bu marşurut xətləri üzrə müsabiqə elan olunub


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

Globalpress.az BNA- ya istinadən xəbər verir ki, bunlar 134, 168 və 169 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər agentliyə müraciət edə bilər.
Digər xəbərlər: