Gündəm / Cəmiyyət / Sosial
Bakı Nəqliyyat Agentliyi 8 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edib
Bakı Nəqliyyat Agentliyi (BNA) daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 8 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.
Globalpress.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, müsabiqəyə çıxarılan 41, 108A, 114A, 114B, 123, 138, 145 və 146 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər
Daha çox xəbər:

Bakıda daha 10 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

Azərbaycanda 4 şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? - AÇIQLAMA

Bu marşrut xətti üzrə gediş haqqı ARTIRILDI