Gündəm / Siyasət / Cəmiyyət
Bakıda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb
Bakı Nəqliyyat Agentliyi vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparıb, sərnişindaşımada vəziyyət qənaətbəxş hesab edilmədiyindən onları müsabiqəyə çıxarıb.
Globalpress.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.
Daha çox xəbər:

Azərbaycanda 4 şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? - AÇIQLAMA

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI

Bu marşrut xətti üzrə gediş haqqı ARTIRILDI

Daşıyıcı şirkətlər: “Bəzi istiqamətlərdə sərnişindaşıma rentabelli deyil