Gündəm / İqtisadiyyat / Cəmiyyət
Bakıda daha 10 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
Bakı Nəqliyyat Agentliyi daha 10 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.
Globalpress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat
Agentliyindən bildirilib.
Məlumata görə, müsabiqəyə çıxarılan 33, 50, 57, 77, 93, 104, 139, 149, 206 və 214 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.
Daha çox xəbər:

Bakıda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

Azərbaycanda 4 şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? - AÇIQLAMA

Bu marşrut xətti üzrə gediş haqqı ARTIRILDI

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI