Gündəm / Dünya / Sosial
Bu olkədə pensiya yaşı qaldırılır

Globalpress.az xəbər verir ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Polis etirazçılara sərt cavab verib və ölkənin bir çox yerlərində zorakılıq hadisələri baş verib.
Martın 16-dan bəri ölkə daxilində keçirilən etiraz aksiyalarında 1000-dən çox insan saxlanılıb.
İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqləyib, 6 maddəni isə tam və ya qismən rədd edib.
Fransada kütləvi etirazlara və gərgin müxalifətə baxmayaraq, parlamentdə səsvermə olmadan qəbul edilən qanunun geri götürülməsinə dair qanun layihəsi də iyunun 8-də Milli Assambleyada müzakirəyə çıxarılacaq