Gündəm / Siyasət / Dünya
Fransada etirazçılara qarşı zor tətbiq olunur

Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı nümayişlər zamanı polis etirazçılara qarşı dəyənəklərlə daha sərt müdaxiləyə başlayıb.
Fransa prezidenti Makronun tələbi ilə hökumətin mübahisəli pensiya islahatını parlamentdə səs vermədən qəbul etməsinə cavab olaraq dünən Parisdə etirazçılar yenidən küçələrə çıxıblar. Polis etirazları yatırmaq üçün daha sərt müdaxiləyə başlaması diqqətlərdən yayınmayıb. Polisin səkidəki nümayişçiləri dəyənəklə vurduğu anlar kameraya əks olunub. Sosial mediada sürətlə yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.
Paytaxtda 5500 polisin cəlb edildiyi nümayişlər zamanı 78 nəfər saxlanıb.
Globalpress.az xəbər verir ki, Fransa Milli Polis Təhqiqat Birliyinin (IGPN) son açıqlamasında, pensiya islahatına qarşı nümayişlərin başladığı yanvar ayından bu yana polisə qarşı 17 məhkəmə istintaqının başladığı bildirilib. Daxili işlər naziri Gerald Darmanin isə pensiya islahatı ilə bağlı qanun layihəsinin parlamentə təqdim edilmədən qəbul edildiyi martın 16-dan bu yana polisə qarşı 11 istintaq açıldığını açıqlayıb.
Fransa polisi həmçinin insan haqları qrupları və vəkillər tərəfindən etirazları yatırmaq üçün əsassız həbslər aparmaqda da ittiham olunur