Gündəm / Dünya / Siyasət
Fransada kütləvi həbslər

Fransada aksiyalar yenidən gücləndi – 243 nəfər həbs edildi
Globalpress.az- ın məlumatına görə, Fransa parlamentində hökumətə qarşı etimadsızlıq təşəbbüsü rədd edildikdən sonra Parisdə nümayişlər yenidən güclənib.
Nümayişlərin qarşısını almaq üçün polis 243 nəfəri saxlayıb.
Xatırladaq ki, Fransanın mübahisəli pensiya islahatının parlamentdə müzakirəyə çıxarılmasından sonra hökumətə qarşı iki etimadsızlıq təklifi irəli sürülüb. Hər etimadsızlıq təklifi rədd edilib.
Etimadsızlıq təklifi rədd edildikdən sonra nümayişçilər paytaxt Paris və Lionda yenidən küçələrə çıxıb. Etirazçılar qurduqları baryerləri və sökdükləri konteynerləri yandırıblar. Polisin nümayişçilərə qarşı gözyaşardıcı qazla müdaxilə etdiyi aksiyalar zamanı yanan konteynerlər yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Polisin verdiyi açıqlamada Parisdəki nümayişlər zamanı yanğın törətməyə görə 243 nəfər saxlanılıb.
Qeyd edək ki, ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı 2023-cü ilin sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır.