Gündəm / Siyasət / Dünya
Fransada etirazlar davam edir

Fransada pensiya islahatının mübahisəli əleyhdarlarının etirazları davam edir. Etirazçılar paytaxt Parisdə qatar stansiyalarını bağlamağa başlayarkən, bir qrup Paris birjasına basqın edib.
Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını ehtiva edən pensiya islahatı qanununa görə başlayan və Milli Məclisdə səsvermədən keçən etirazlarda gərginlik günü-gündən artır. Pensiya islahatının əleyhdarları paytaxt Parisdə qatar stansiyalarını bağlamağa başlayıb.
Globalpress.az xəbər verir ki ,sosial şəbəkədə yayılan görüntülərdə çoxlu sayda nümayişçi həmkarlar ittifaqı pankartları ilə Parisdəki Gare du Nord binasına hücum edib. Qardaya toplaşan nümayişçilər bir ağızdan “Biz işçilərin ləyaqəti və Makron istəməsə də, daha yaxşı bir dünya üçün buradayıq” dedi. Şəkili paylaşan hesabda nümayişçilərin bura gəlməmişdən əvvəl Gare de l'Estdə etiraz aksiyası keçirdikləri bildirilib.
Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Ölkənin bir çox yerində nümayişlərə şiddətlə müdaxilə edən polislə nümayişçilər arasında zorakılıq yaşanır. Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqləyib, 6 maddəni isə tam və ya qismən rədd edib. Qanun layihəsini Fransa prezidenti Emmanuel Makron imzalayıb və rəsmi qəzetdə dərc olunub.