Gündəm / Siyasət / Dünya
Tehranın hərəkətləri regional dəniz təhlükəsizliyini təhdid edir

ABŞ-nin 5-ci Donanmasının sözçüsü, komandan Tim Houkins bildirib ki, İran, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin anons etdikləri dəniz ittifaqı faktı “sağlam düşüncəyə ziddir”.
Globalpress.az- ın məlumatına görə, Hərbçi bəyan edib ki, Tehranın hərəkətləri regional dəniz təhlükəsizliyini təhdid edir.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Əməliyyat Donanması əvvəllər 1944-1947-ci illərdə mövcud olub, lakin 1995-ci ilin ortalarında yenidən fəaliyyətə başlayıb. Onun məsuliyyət zonasına Hind okeanının qərb hissəsi və Fars körfəzi daxildir. Donanmanın əsas bazası Bəhreynin paytaxtı Manamadır.
Xatırladaq ki, iyunun 3-də İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani ölkəsilə birgə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər dövlətlərinin daxil olacağı yeni dəniz ittifaqının tezliklə yaradılacağını elan edib.