Gündəm / Hadisə / Dünya
Üç dövlət təlimlərə başlayır

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sözçüsü ölkəsi, ABŞ və Yaponiyanın iştirakı ilə üçtərəfli raketdən müdafiə təliminin başladığını elan edib.
Bu barədə, Globalpress.az xarici mətbuata istinadən xəbər verir
Bildirilib ki, “bu manevrlər “KXDR-ə qarşı raket və nüvə təhdidləri” fonunda üç dövlət arasında “təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, həmçinin ABŞ, Cənubi Koreya və Yaponiya donanmalarının “balistik raket buraxılışlarına cavab vermək sahəsində” imkanlarını genişləndirmək şansıdır.
Təlimdə üç gəmi - Cənubi Koreya donanmasının “ROKS Yulgok Yi I” esminesi, ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Benfold” esminesi və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin “JS Ataqo” gəmisi iştirak edir. Onların hamısında “Aegis” raketdən müdafiə sistemləri var.
Daha çox xəbər:

Cənubi Koreya ABŞ-dan F-35 tədarükünü başa çatdırdı

Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır

Yaponiya NATO - da daimi nümayəndəlik açır

Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

Hərbi dənizçilərimiz NATO qiymətləndirilməsi təlimində iştirak etdi - FOTO