Gündəm / İqtisadiyyat / Dünya
Körfəz ölkələri “Şengen zonası“ yaradır

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzvü olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn, Küveyt və Oman ümumi Şengen zonasının yaradılması məsələsini müzakirə edirlər.
Globalpress.az “Arabian Business”ə istinadla xəbər verir ki, Bəhreynin turizm naziri Fatimə əl-Sayrafi, BƏƏ-nin iqtisadiyyat nazirinin müavini Abdullah əl-Saleh və Səudiyyə Ərəbistanının turizm departamentinin direktoru Fəhd Həmidəddin Ərəbistan səfəri çərçivəsində bu barədə danışıqlar aparıblar.
Səudiyyə Ərəbistanı nümayəndəsinin sözlərinə görə, Şengen tipli vizanın Fars körfəzi regionuna böyük fayda verə biləcəyi fikri getdikcə daha çox yayılır.
Daha çox xəbər:

BƏƏ 7 ildən sonra İrana yeni səfir təyin etdi

Əli Əsədov Səudiyyə Ərəbistanı Sərhəd Mühafizəsinin Baş direktoru ilə görüşüb

Körfəzin ərəb ölkələri öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıblar

Putin “Bayraktar”ın istehsalında əməkdaşlıq etmək istəyib

Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər