Gündəm / Siyasət / Dünya
Bu gecə Rusiya ordusu Ukraynaya hücum edib

İyunun 2-nə keçən gecə Rusiya ordusunun birləşmələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib.
Globalpress.az - ın məlumatına görə Rusiya ordusu eyni vaxtda dron və qanadlı raketlərlə paytaxta, regiona hücum ediblər.
Raket buraxılışları Xəzərdəki Tu-95MS strateji bombardmançı təyyarələrindən, ehtimal ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. İlkin məlumatlara görə, “Şahed” PUA-ları eyni vaxtda müxtəlif istiqamətlərdən Kiyevə hücum edib.