Gündəm / Hadisə / Dünya
Rusiya Ukrayna şəhərlərini bu raketlərlə vurdu - SİYAHI
Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat Rusiya hərbçilərinin oktyabrın 10-da səhər saatlarında Ukraynaya hücumu ilə bağlı bəzi detalları açıqlayıb.
Globalpress.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, o, rusların Ukrayna şəhərlərini Xəzər regionundan strateji bombardmançı təyyarələr vasitəsilə X101, X555 raketləri ilə vurduğunu bildirib.
Yuri İqnatın sözlərinə görə, həmçinin Qara dənizdən Ukrayna şəhərlərinə "Kalibr" raketləri atılıb.
Bundan başqa hücumlar zamanı S-300 və "Tornado" raketlərindən də istifadə olunub.
O da bildirilir ki, Rusiya təyyarələri Həştərxan vilayətindən havaya qalxaraq Xəzər dənizinin şimalına uçur və raketləri oradan atırlar.
Daha çox xəbər:

Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır

NATO Ukrayna üzərindəki hava məkanını niyə bağlamır? - AÇIQLAMA

Lavrov: "Əməliyyatların coğrafiyası genişlənə bilər"

Baydenlə Zelenski Ukrayna-Rusiya arasındakı vəziyyəti müzakirə etdi

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov