Gündəm / Hadisə / Dünya
18:42, 09 May 2023
0

Hər həftə 10 - dan çox adam edam olunur

Hər həftə 10 - dan çox  adam  edam olunur


"İranda bu ilin əvvəlindən hakimiyyət orqanları 209 nəfəri edam edib”.
Globalpress.az xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.
“BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib”, - o söyləyib.
R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.
Mənbə / Reuters/
Digər xəbərlər: