Gündəm / Siyasət / Dünya
12:19, 21 Şubat 2023
0

BMT bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının bəyanatında deyilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ən azı 19 min dinc sakin ölüb və ya yaralanıb .

Globalpress.az xəbər verir ki,təşkilatın hesablamalarına görə, ölənlərin sayı 7199, yaralıların sayı isə 11756 nəfərdir.Lakin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisi real rəqəmlərin daha çox olduğunu hesab edir.

Bundan əlavə, sənəddə 2023-cü ilin yanvarında 697 mülki şəxsin həlak olduğu və ya yaralandığı qeyd edilir. Zorakılıq hadisələri əsasən Donetsk, Luqansk və Zaporojya rayonlarında baş verib.

Bildirilir ki, itkilərin çoxu geniş ərazini əhatə edən partlayıcı silahlardan, o cümlədən ağır artilleriya və çoxsaylı raket sistemlərindən, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.
Digər xəbərlər: